ⓘ Hakaru Haşimoto Mie prefekturası ; † 1934 yapon patoloqanatomu və cərrahı, ilkdəfə olaraq autoimmun tireoidit xəstəliyini aşkar etmişdir. Hal hazırda bu xəstəli ..

                                     

ⓘ Hakaru Haşimoto

Hakaru Haşimoto Mie prefekturası ; † 1934) yapon patoloqanatomu və cərrahı, ilkdəfə olaraq autoimmun tireoidit xəstəliyini aşkar etmişdir. Hal hazırda bu xəstəlik onun şərəfinə Haşimoto uru adlandırılmışdır. Haşimoto həkim ailəsində dünyaya gəlmiş, dindar buddist olmuşdur. haşimoto 53 yaşında qarın yatalağından vəfat etmişdir.

                                     

1. Təhsili və sənəti

Haşimoto 1903 - 1907 ci illərdə Fukuokada Kyüşü universitetində təhsil almış və onu müvəffəqiyyətlə başa vurmuşdur. 1908 - 1912 ci illərdə professor Hayari Miyakenin rəhbərliyi altında cərrahiyyə klinikasında fəaliyyət göstərmişdir. 1912 ci ildə "lat. Struma limfamatosa adı altında dissertasiya müdafiə edir. Dissertasiyasında o, qalxanabənzər vəzin sonralar onun şərəfinə adlandırılmış Haşimoto uru xəstəliyinin 4 histoloji xarakteristikasını təsvir etmişdir:

  • Limfoid follikul əmələgəlmə,
  • Fibroz toxuma proliferasiyası.
  • Epitel hüceyrələrin dağılması,
  • Diffuz limfositar infiltrasiya,

Haşimoto dissertasiyasını bir alman jurnalında dərc etdirərkən öz vətənində hələ tanınmırdı. Bir müddət Berlin, Qöttingen və Londonda qaldıqdan sonra atasının vəfatı və Birinci dünya müharibəsinin başlanması səbəbindən Yaponiyaya qayıdır və orada visseral cərrah kimi fəaliyyət göstərir.

                                     

2. Mənbələr

  • Amino N, Tada H, Hidaka Y, Hashimoto K: Hashimotos disease and Dr. Hakaru Hashimoto. Endocr J. 2002 Aug;494:393-7. PMID 12402969
  • Sawin CT: The heritage of Dr. Hakaru Hashimoto 1881-1934. Endocr J. 2002 Aug;494:399-403. PMID 12402970