ⓘ Yevgeni Braudo. 1936-cı ildə Azərbaycan musiqi mədəniyyəti ilə yaxından tanış olmaq niyyətilə Bakıya gəlmiş, Ü. Hacıbəyovla da tanış olmuş, Azərbaycanın bir sır ..

                                     

ⓘ Yevgeni Braudo

1936-cı ildə Azərbaycan musiqi mədəniyyəti ilə yaxından tanış olmaq niyyətilə Bakıya gəlmiş, Ü. Hacıbəyovla da tanış olmuş, Azərbaycanın bir sıra bölgələrini gəzmişdir. Peterburqa dönəndən sonra "Sovetskoye iskusstvo" qəzetində "Türk mahnısı" məqaləsini yazmışdır. Məqalədə Azərbaycan xalq musiqisi və mahnılarının xüsusiyyətlərindən, onların virtuoz ifaçılarından vəcdlə danışılır. Onun "Can Azərbaycan" adlı əlyazma əsəri da maraq doğurur. Yevgeni Braudo "xalq musiqisinin böyük bilicisi" adlandırdığı Ü. Hacıbəyovla müntəzəm məktublaşırdı.