ⓘ Şeyx Əsədullah Mamağani. Şeyx Əsədullah 1881-ci ildə Təbriz yaxınlığındakı Mamağan qəsəbəsində anadan olmuşdu. İbtidai təhsilini atasından, orta təhsilini doğma ..

                                     

ⓘ Şeyx Əsədullah Mamağani

Şeyx Əsədullah 1881-ci ildə Təbriz yaxınlığındakı Mamağan qəsəbəsində anadan olmuşdu. İbtidai təhsilini atasından, orta təhsilini doğma şəhərində mədrəsədə almışdı. Sonra Nəcəf şəhərinə yollanmış, molla və müctəhid yanında təhsilini davam etdirmişdi. Axund Xorasaninin şagirdlərindən sayılır.

Şeyx Əsədullah Mamağani 1906-cı ildən sonra İstanbula yollanmış, bir müddət burda yaşamışdı. Sonra Təbrizə dönmüş, Məşrutə hərəkatına qoşulmuşdu.

Şeyx Əsədullah Mamağani "Əncüməni-Səadət"in üzvü olmuşdu. Şeyx Əsədullah Mamağani İran Milli məclisinə nümayəndə seçilmişdi. Senator olmuşdu.

Şeyx Əsədullah Mamağani bir müddət Ədliyyə naziri vəzifəsini icra etmişdi.

Şeyx Əsədullah Mamağani bir çox dini kitabların müəllifidir.