ⓘ Tifil Əsəd. Miskin Əsəd 1883-cü ildə Xiyov şəhərinin Meşgin Hasar kəndində bir ruhani ailəsində dünyaya gəlmişdir. İlk təhsilini atasının məktəbində bitirib. Tü ..

                                     

ⓘ Tifil Əsəd

Miskin Əsəd 1883-cü ildə Xiyov şəhərinin Meşgin Hasar kəndində bir ruhani ailəsində dünyaya gəlmişdir. İlk təhsilini atasının məktəbində bitirib. Türk, ərəb və fars dillərini öyrənib. Miskin Əsəd uşaq ikən bütün çətinlikləri yaşayıb. 1903-ci ildə iki qardaşı ilə birlikdə Bakıya gəlirlər. Əsəd burada mühacir həyatı yaşayır, əvvələr neft quyularında işləyir.

Daha sonra Şəmkir bölgəsinə gedir, orda Aşıq Hümmətlə tanış olur. Bu hadisə onu aşıq ədəbiyatına doğru çəkir. Aşıq Əsəd sonralar Aşıq Ələsgərlə 1821-1926 və Aşıq Hüseyn Bozalqanlı ilə də tanış olur.

Əsəd Miskin təxəlüsündən qabaq "Şair Əsəd" və "Tifil Əsəd" təxəllüsünü daşıyırmış.

1938-ci ildə Miskin Əsəd ordan canın qurtarıb, İrana keçməyə məcbur qalır. Aşıq Əsədin bu taya qayıtması böyük və aydın düşüncəlı bir musiqiçi ilə eyni ildə olur. Ustad Əli Səlimi də ailəsi ilə 1938-ci ildə Güney Azərbaycana qayıdır. Əsəd öz doğma kəndində hörmətlə qarşılanır. Əsəd bu tayda beş il yaşayır və 1943-ci ildə vəfat edir.