ⓘ Aka Gündüz, Ankara - Türkiyə yazıçısı. Aka Gündüz 1886-cı ildə hərbçi ailəsində anadan olmuşdur. 1908-ci il Gənc türklər inqilabının iştirakçısıdır. ..

                                     

ⓘ Aka Gündüz

Aka Gündüz, Ankara) - Türkiyə yazıçısı. Aka Gündüz 1886-cı ildə hərbçi ailəsində anadan olmuşdur. 1908-ci il "Gənc türklər" inqilabının iştirakçısıdır.

                                     

1. Yaradıcılığı

"Dikmen ulduzu" 1928, "Naməlum əsgər" 1930 romanlarının müəllifidir. "Bu torpağın qızları" 1927, "Üç qızın hekayəsi" 1933, "Yaylaq qızı" 1940, Bir qızın nağılı" 1954 və sair əsərləri qadınların, xüsusilə gənc qızların həyatına həsr edilmişdir. Bəzi romanları əsasında "Bir sürücünün gizli dəftəri" 1928, "İki süngü arasında" 1929 film çəkilmişdir. Aka Gündüzün yaradıcılığı türk ədəbi dilinin demokratikləşdirilməsində mühüm rol oynamışdır.

Türkiyə Böyük Millət Məclisinin üzvü olmuşdur 1931-1943.