ⓘ Ağa bəy Misirxanov. Ağa bəy Həşim bəy oğlu Misirxanov - mülkədar, bəy, repressiya qurbanı. 1885-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Rusiyada 1917-ci il fev ..

                                     

ⓘ Ağa bəy Misirxanov

Ağa bəy Həşim bəy oğlu Misirxanov - mülkədar, bəy, repressiya qurbanı.

1885-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Rusiyada 1917-ci il fevral inqilabınadək iri mülkədar, bəy olmuşdu. Muradbəyli kəndində böyük torpaq sahələri vardı. A. Misirxanov çar hökuməti və Azərbaycan Cümhuriyyəti dövrlərində dövlət qulluğunda işləmişdi. O cümlədən, Karyagin qəzasında pristav, Bakıda Balaxanı-Sabunçu Polismeysterliyində 6-cı polis sahə pristavının köməkçisi və pristav vəzifələrində xidmət göstərmişdi. Polisdə xidmətədək A. Misirxanov Milli Ordumuzun tərkibində Qarabağda ermənilərin separatçı çıxışlarının yatırılmasında fəal iştirak etmiş, o cümlədən 1920-ci ilin mart-aprelində Əskəran döyüşlərində dəstə komandiri kimi xüsusilə fərqlənmişdi.

Sovetləşmənin ilk illərində həbs olunaraq, güllələnəcıyini yəqin bilən A. Misirxanov qısa müddət gizlənə bilmişdi. Lakin 11-ci Qızıl Ordu hissələri Qarabağa daxil olduqda A.Misirxanov aşkar olunaraq 1920-ci ilin mayında həbs edilmişdi. iki ilə yaxın həbsxanada yatdıqdan sonra azad olunmuş, keçmiĢdən tanıdığı, sovet hakimiyyəti qurulduqdan sonra məsul vəzifələrdə işləyən dostları Məmmədxan Məmmədxanovun, Əsəd Qarayevin, Dadaş Bünyadzadənin, Mirzə Məhəmməd Qasımovun köməkliyi ilə Ağdam Kommunal Təsərrüfatı idarəsində işə düzəlmişdi. 1922-1929-cu illərdə burada işlədiyi müddətdə belə A.Misirxanov təqiblərdən yaxa qurtara bilməmiş, həbs edilmiş 1925, lakin yenə buraxılmışdı. A.Misirxanov təcrübəli kadr olduğu üçün o, 1931-1932-ci illərdə Lahıcda İsmayıllı və Qubada kommunal təssərrüfat idarələrində də işləmişdi. Lakin 1932-ci ildə Qubada səsvermə hüququndan keçmiş mülkədar və Azərbaycan Cümhuriyyətinin məmuru kimi məhrum edilərək işdən çıxarılmışdı. Bir müddət Gəncədə yaşamış və kənd təsərrüfatı işləri ilə məşğul olmuşdu. A.Misirxanov otuzuncu illərin repressiya qurbanlarından biri olmuşdu. O, 1938-ci il martın 15-də güya" trotskiçidir”, -deyə həbs olunmuş, əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edilmişdi. Hökm elə həmin il yerinə yetirilmişdi.

                                     

1. Ailəsi

Ağa bəy Misirxanov Tərlan xanım Kərim bəy qızı ailə qurmuşdu. Onun 5 övladı - Şəmsəddin bəy, Tahir bəy adlı oğlanları, Sənubər xanım, Elza xanım və Rəhilə xanım adlı qızları vardı.