ⓘ İvan Şeblıkin. İ.P.Şeblıkin 1921-ci ildə Şimali Qafqaz Diyarşünaslıq İnstitutunun muzeyində işə dəvət edilir. Bu dövrdə o, İnquş və Osetin diyarşünaslıq muzeylə ..

                                     

ⓘ İvan Şeblıkin

İ.P.Şeblıkin 1921-ci ildə Şimali Qafqaz Diyarşünaslıq İnstitutunun muzeyində işə dəvət edilir. Bu dövrdə o, İnquş və Osetin diyarşünaslıq muzeylərinin elmi əməkdaşı olur, Dağıstan üzrə ekspedisiyalarda iştirak edir. 1928-ci ildə tarix və mədəniyyət abidələrinin bərpası üzrə nəhəng işlərin başladılması ilə əlaqədar olaraq, İ.P.Şeblıkin Bakıya dəvət edilir. A.Bakıxanov adına Tarix İnstitutunun, Nizami adına Muzeyin və Azərbaycan Abidələrinin Mühafizəsi üzrə Mərkəzi İdarənin əməkdaşı kimi bir sıra arxeoloji qazıntı və bərpa işlərində fəal iştirak edir. O, rəssam istedadına malik olduğundan abidələri təkcə bir alim kimi öyrənmirdi, həm də onların bir çoxunun şəklini yaradırdı. "Bakıdakı Şirvanşahlar sarayının qısa tarixi oçerki" Bakı, 1939, "Nizami dövrü Azərbaycan memarlığı abidələri: materiallar" Bakı, 1943, "Azərbaycan memarlığı: Nizami dövrü" Bakı, 1947 kitablarının müəllifidir.