ⓘ Maks Vasmer, Sankt-Peterburq – 30 noyabr 1962, Qərbi Berlin - alman filoloq-slavyanşünası vә balkanşünası, SSRİ Elmlər Akademiyasının әcnәbi müxbir üzvü. 1907-0 ..

                                     

ⓘ Maks Vasmer

Maks Vasmer, Sankt-Peterburq – 30 noyabr 1962, Qərbi Berlin) - alman filoloq-slavyanşünası vә balkanşünası, SSRİ Elmlər Akademiyasının әcnәbi müxbir üzvü.

1907-08-ci illәrdә Yunanıstanda yunan dialektlәrini vә alban dilini araşdırmışdır. 1908-10-cu illәrdә Krakov vә Vyana universitetlәrindә tәhsilini davam etdirmişdir. Bir sıra tәhsil müәssisәsindә dәrs demiş, o cümlәdәn Ali qadın Bestujev kurslarının 1912, Saratov 1917–18, Tartu 1918–21, Leypsiq 1921–25, Berlin 1925–45, Stokholm 1947–49 universitetlәrinin, Qәrbi Berlindә Azad universitetinin professoru olmuşdur.

Slavyanların digәr xalqlarla dil әlaqәlәrinә, slavyan, Baltika, İran, fin-uqor xalqlarının Şәrqi Avropada mәskunlaşması tarixinә, Şәrqi Avropa antroponimiya vә toponimiyasına, slavyan dillәrinin alban dili vә digәr dillәrә tәsirinә dair әsәrlәrin müәllifidir.