ⓘ Əli Razi Şəmçizadə və ya Şəmçizadə Əli Məşədi Yəhya oğlu - azərbaycanlı şair, publisist, jurnalist və AYB-nin üzvü. Böyük təmizləmə zamanı məhkum edilmiş və həb ..

                                     

ⓘ Əli Razi Şəmçizadə

Əli Razi Şəmçizadə və ya Şəmçizadə Əli Məşədi Yəhya oğlu - azərbaycanlı şair, publisist, jurnalist və AYB-nin üzvü. Böyük təmizləmə zamanı məhkum edilmiş və həbsdə olarkən vəfat etmişdir.

                                     

1. Həyatı

Şəmçizadə Əli Məşədi Yəhya oğlu 1886-cı ildə Azərbaycanın Yelizavetpol indiki Gəncə şəhərinin Əttarlar məhəlləsində anadan olmuşdur. Ata-baba sənətinə görə özünə Şəmçi təxəllüsünü götürüb.

Təhsili

Əli Razi ilk təhsilini Gəncə mədrəsəsində aldıqdan sonra Gəncə Rus-Tatar məktəbini bitirmişdir.

                                     

2. Fəaliyyəti

Əli Razi 1906-cı ildə" Molla Nəsrəddin” jurnalında müxtəlif imzalarla yazılar və şerlər dərc etdirmişdir. Bir müddət Dağıstanda sürgün həyatı yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə kəşfiyyat xidmətində fəaliyyət göstərmişdir.

Sovet hakimiyyəti illərində "Yeni Gəncə", "Qızıl talış" Lənkəran, "Mədəni hücum Bakı qəzet və jurnallarında məsul katib, redaktor işləyib. Firdovsinin "Şahnamə"sindən tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin məsul katibi seçilib 1934. "Dabanıçatdax xala və heyvərə" 1912, "Dabanıçatdax xala" 1936, "Seçilmiş əsərləri" 1936, "Nalələrin, fəqanların" 1992 kitablarının müəllifidir.

1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin məsul katibi seçilmişdir.

                                     

3. Repressiyası

Cəza tədbirləri illərində həbs olunub və ölüm hökmü verilib. Ar­tıq şai­ri həbs et­mək üçün 8 yan­var 1937-ci il ta­rixdə Ki­rova­bad Gəncə şə­hər Döv­lət təh­­l­ük­əsi­zlik müstən­ti­qi Məm­məd Məm­­mə­d­ov tə­rə­­fi­ndən ha­zır­la­nan qə­rar şə­hər təh­lü­kə­siz­lik ida­rə­si­nin rəi­si, baş ley­te­nant Qam­re­ke­liyə təs­di­qə təq­dim edi­lir. Əli Ra­zi­nin həb­si üçün or­der ya­zı­lır. Azər­baycan SSR pro­kuror kö­mək­çi­si, şö­bə rəi­si­nin müa­­v­ini Ya­ra­voy, Res­pub­li­ka pro­ku­ror əvə­zi Pin­kis ilə ra­zı­­la­ş­­dı­rı­laraq 2 mart 1937-ci il­də qə­ra­ra alı­r: "Əli Ra­zi Şəm­si­za­dənin Azər­baycan SSR 75-ci mad­­d­ə­s­inə əsa­sən işi day­an­dı­rıl­sın. 11251 say­lı işi ar­xi­vin VIII şö­bə­si­nə gön­də­ril­sin və həb­sdən azad edil­sin." Əli Ra­zi­nin se­vinci uzun sürmür. Yal­nız həbs­dən azad edil­mə­sin­dən 3 ay 27 gün keç­dik­dən sonr­a ar­tıq Ə.Ra­zi­ni ev­dən apar­mağı məq­sə­də­­uy­ğun say­mır­lar, onu 29 iy­ul 1937-ci il ta­rix­də XDİK­-ya şa­hid qis­min­də də­vət edə­rək, həbs edib­lər. Hə­min gün də Əli Ra­zi­nin həb­si üçün 155-say­lı or­der ya­zı­lıb. Azər­baycan SSR pro­kuror kö­mək­çi­si, şö­bə rəi­si­nin müa­­v­ini Ya­ra­voy, Res­pub­li­ka pro­ku­ror əvə­zi Pin­kis ilə ra­zı­­la­ş­­dı­rı­laraq 2 mart 1937-ci il­də qə­ra­ra alı­b: "Əli Ra­zi Şəm­si­za­dənin Azər­baycan SSR 75-ci mad­­d­ə­s­inə əsa­sən işi day­an­dı­rıl­sın. 11251 say­lı işi ar­xi­vin YIII şö­bə­si­nə gön­də­ril­sin və həb­sdən azad edil­sin." 7 yan­var 1938-ci il­də Şəm­si­za­də Əli Ra­zi Yəhya oğlu­nun Azər­baycan ci­nay­ət məcəl­lə­si­nin 64, 70, 73 mad­də­lə­ri ilə işi­nə ba­xı­lıb və aşağı­da­kı qə­rar çı­xa­rı­lıb:" 1936-cı il­dən ək­sin­qi­la­bi fəa­liyyə­ti, ter­ror­­ç­u­luq, di­ver­siya təx­ri­bat­çı­lıq ilə bur­jua-mil­­lə­tçi təş­ki­la­tın üzvü ki­mi, həm­çi­nin si­lah­lı üsya­na ha­zır­lıq görü­l­­m­əsində So­vet hö­ku­mə­ti­nə qar­şı apar­dığı təb­liğa­ta gö­rə güllə­lən­məyə məh­kum edi­lir.”

Şair, publisist, dramaturq, mühərrir Şəmçizadə Əli Razi Məşədi Yəhya oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 7 yanvar 1938-ci ildə I kateqoriya ilə həbs edilərək, 8 yanvar 1938-ci ildə Nargin adasında güllələnmişdir.

Bir digər iddiaya görə isə o, 1939-cu ildə vəfat etmişdir.

Həyat yoldaşı Şəmçizadə Zümrüd Məhəmməd qızı 28 yanvar 1938-ci ildə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək, 3 fevral 1938-ci ildə yaşayış yerini tərk etməmək barədə ondan iltizam alınmışdır. Şəmçizadə Zümrüd Məhəmməd qızı hamilə olduğu üçün ona qarşı repressiya dayandırılmışdır.



                                     

4. Mənbə

  • "Cümhuriyyətin kəşfiyyat orqanlarında Mircəfər Bağırov, Lavrenti Beriya kimi şəxslər də xidmət edib"
  • Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.