ⓘ Aleksandr Svanidze, SSRİ - gürcü siyasətçi və tarixçi. İosif Stalinin yaxın dostlarından biri idi. Həmçinin bacısı Kato Svanidze İosif Stalinin həyat yoldaşı ol ..

                                     

ⓘ Aleksandr Svanidze

Aleksandr Svanidze, SSRİ) - gürcü siyasətçi və tarixçi. İosif Stalinin yaxın dostlarından biri idi. Həmçinin bacısı Kato Svanidze İosif Stalinin həyat yoldaşı olmuşdur. Buna baxmayaraq 1936-1938-ci illərdə baş tutmuş Böyük təmizləmə əməliyyatının qurbanlarından olmuşdur. O, 1937-ci ildə həbs edilmiş və 1941-ci ildə elə həbsdə ikən öldürülmüşdür.

                                     

1. Həyatı

Aleksandr Svanidze 1886-cı ildə Rusiya imperiyasının tərkibində olan Qərbi Gürcüstanın Baji kəndində, zadəgan ailəsində anadan olmuşdur. O, əvvəlcə Gürcüstanın Tiflis şəhərində, sonradan isə Almaniyanın Yena şəhərində yerləşən Yena Univeristetində təhsil almışdır. İngilis və alman dillərini öyrənən Aleksandr Svanidze qədim sivilizasiyalar haqqında tarixi araşdırmalar ilə maraqlanmışdır.

1901-ci ildə, hələ 15 yaşında olarkən Rusiya Sosial-Demokrat İşçi Partiyasının sıralarına daxil olmuş və bolşeviklərin bölgədəki gizli təşkilatında fəaliyyət göstərmişdir. 1919-cu ildə Gürcüstan Demokratik Respublikasının yaranmasından sonra ölkəni tərk etmək məcburiyyətində qalmışdır. Bolşeviklərin Rusiyada hakimiyyətə gəlməsindən sonra 1920-1921-ci illərdə xalq xarici işlər komisarlığında işləməyə başlamışdır. 1921-1922-ci illərdə isə Gürcüstan SSR-nin və Zaqafqaziya SFSR-nin xalq maliyyə komissarı vəzifəsində çalışmışdır. 1924-cü ildə Almaniyaya Sovet ticarət elçisi kimi təyin edilmişdir. 1935-ci ildə Sovet ittifaqında geri döndükdən sonra "Vneştorqbank SSRİ"nin idarə heyətinin sədr müavini vəzifəsində çalışmışdır.

Aleksandr Svanidze həmçinin elmi fəaliyyətini də davam etdirmişdir. O, bu dövrdə "Qədim Tarix Bülleteni" jurnalını yaratmış, Nax-Dağıstan dillərini öyrənmiş və həmçinin orta əsr gürcü şairi Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərini rus dilinə tərcümə etmişdir.

O, Böyük təmizləmə dövründə, 1937-ci ildə İosif Stalinin əmri ilə həbs edilmişdir. SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən əfv edilməsinin qarşılığında alman casusluğunu qəbul etməsi tələb edilmişdir. Lakin o, bu təklifi rədd etmişdir. 20 avqust 1941-ci ildə, 55 yaşında öldürülmüşdür. Həmin ildə bacısı Mariko, bir il sonra isə həyat yoldaşı Mariya öldürüldülər.

                                     

2. Xarici keçidlər

  • Сванидзе Александр Семёнович на "Родоводе". Дерево предков и потомков
  • Записка В.С. Жабина А.И. Микояну о реабилитации А.С. Сванидзе. 6 января 1956 г. РГАНИ. Ф. 3. Оп. 8. Д. 378. Л. 143–145