ⓘ Akademik elm sahələri - UNESCO, Honkonq Elm və Texnologiya Universiteti, Azərbaycan Şəhid Mədani Universiteti, Dinşünaslıq, Elmlər Akademiyası, MAŞAV ..

UNESCO

UNESCO – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür. UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalq ...

Honkonq Elm və Texnologiya Universiteti

Honkonq Elm və Texnologiya Universiteti - Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Say Kunq rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.

Azərbaycan Şəhid Mədani Universiteti

Azərbaycan Şəhid Mədani Universiteti - Şərqi Azərbaycan ostanının Təbriz şəhərində yerləşən universitet. 1987-ci ildə yaradılmış bu universitet daha çox sadəcə Azərbaycan Universiteti adlandırılır. Bakalavr və magistr dərəcələrində ümumilikdə 7500 nəfər tələbə təhsil alır. Universitetdə əsasən mühəndislik, təməl elm sahələri, ədəbiyyat və teologiya tədris edilir. "Research Gate"nin son reytinq cədvəlində görə 1716.47 bal toplamışdır.

Dinşünaslıq

Dinşünaslıq - dinlər haqqında dünyəvi elm. Tarix, sosiologiya, psixologiya, fəlsəfə, filologiya, antropologiya və s. kimi sahələrin nailiyyətlərindən dinlərin araşdırılmasında istifadə edir. Fənlərarası elmlərə aiddir. Dinşünaslıq ilahiyyat deyil, onu araşdıran elm sahəsidir.

Elmlər Akademiyası

Elmlər Akademiyası - elmin müxtəlif sahələri ilə peşəkar şəkildə məşğul olan insanları birləşdirən dövlət və ya ictimai qeyri-kommersiya təşkilatı. Onun üzvləri akademik adlanırlar.

MAŞAV

MAŞAV - ibri dilində Beynəlxalq Əməkdaşlıq üzrə Mərkəz adının qısaltmasıdır. İsrail Xarici İşlər Nazırliyi çərçivəsində fəaliyyət göstərən bu proqram bir çox ölkələrin, eləcə də ABŞ, Böyük Britaniya, Avropa Birliyi ölkələri, Türkiyə və digərlərinin də həyata keçirdikləri beynəlxalq təcrübə mübadiləsi üzrə proqramlardan biridir. 1958-ci ildən fəaliyyətə başlayan bu proqram çərçivəsində indiyə qədər 140 ölkədən 200 mindən artıq şəxsin təcrübə keçdiyi məlumdur. Proqram üzrə təcrübə mübadiləsi İsrailin ayrı-ayrı elmi və akademik mərkəzləri ilə əməkdaşlıq çərçivəsində aparılır. Proqramın əsas f ...

                                     

Biotexniya

R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva." Ekologiyanın əsasları” Ali məktəblər üçün dərslik. Bakı," Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.