ⓘ Tarix - Tarix, AMEA Tarix İnstitutu, Bakı Dövlət Universitetinin Tarix fakültəsi, Şuşa Tarix-Diyarşünaslıq Muzeyi, Əliyev, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi ..

Tarix

Tarix - mənbələr üzrə insanın meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir. Etnologiya Etnoqrafiya Numizmatika Mədəniyyətşünaslıq Tarixi demoqrafiya Arxeologiya Antropologiya Heraldika Gender tarixi və s.

AMEA Tarix İnstitutu

Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi tədqiqat institutunun – bu günkü Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun özülü qoyulmuşdur. Elmi tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnst ...

Bakı Dövlət Universitetinin Tarix fakültəsi

1919-cu ilin sentyabrında təsis edilən və noyabrın 15-də fəaliyyətə başlayan Tarix fakültəsi Bakı Dövlət Universitetinin yaşıdıdır. 1919-cu ildə Tarix-filologiya fakültəsi adı ilə ilk addımlarını atmağa başlayan Tarix fakültəsi sonralar müxtəlif adlar ilə İctimai elmlər fakültəsi, Pedaqoji fakültə fəaliyyətini davam etdirmişdir. Fakültə təsis olunarkən ona 509 tələbə və 95 azad dinləyici 604 nəfər qəbul edilmişdi. 1920-1921-ci illərdə fakültədə 12 professor, 2 dosent, 6 müəllim, 1 elmi işçi – cəmi 21 nəfərlik elmi-pedaqoji heyət çalışmışdır. Onlar fakültədə elmi-pedaqoji işin təşkili və mi ...

Şuşa Tarix-Diyarşünaslıq Muzeyi

Şuşa Şəhər Tarix Muzeyinin yaradılması ideyası 1967-ci ilə təsadüf edir. Həmin dövrdə Şuşa Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Arif Ağakişiyev tərəfindən belə bir muzeyin yaradılması ideyası Mədəniyyət Nazirliyi qarşısında qaldırılır və ideya müsbət qarşılanır.

Tarix Əliyev

Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir. 1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir. Bir dəfə, 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb. 2002-2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporasının təşkil etdiyi tədbirlərdə iştirak edib. 2004-cü ildən, Azərbaycana qayıtdığı gündən ...

Gəncə Tarix-Diyarşünaslıq Muzeyi

Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyi - Gəncə şəhərində yerləşən ən böyük və qədim muzey. Əsası 1924-cü ildə qoyulmuş muzeydə, hazırda 30.000-dən çox eksponat saxlanılır.

                                     

Abordaj

Abordaj - avarlı və yelkənli gəmilərlə döyüş üsulu. Adətən, zədələnmiş düşmən gəmisini ələ keçirmək üçün tətbiq edilirdi. Hücum edən gəmi qarmaqla o birinə bağlanır və döyüşün nəticəsi əlbəyaxa vuruşmadan asılı olurdu. Uzaqvuran topların və buxar gəmilərinin meydana çıxması ilə abordaj XIX əsrdən əhəmiyyətini itirmişdir.

                                     

Annallar

Annallar - qədim dövrdə və orta əsrlərdə nisbətən əhəmiyyətli hadisələrin illər üzrə yazılışı. Qədim misirlilərdə, assurlarda, farslarda, çinlilərdə, romalılarda və b. xalqlarda illər üzrə yazı olmuşdur. "Annal" məfhumu latın mənşəlidir. Orta əsrlərdə annallar adətən monastırlarda aparılırdı. Annallar "Tarix"lərlə birlikdə tarixi xronikanın inkişafının əsasını təşkil etmişdir.

                                     

Ariçilik

Ariçilik vəya Aryanizm Tərcüməsi azərb. layiqli, hörmətli, alicənab ‎ kimidir. Yalan elmlərərə aid termindir. İskəndəriyyəli Ariusun ortaya atdığı təlimin tərəfdarları tərəfindən davam etdirilən dini cərəyan. Bu cərəyan Üçlüyü qəbul etməməklə birlikdə İsanın tanrı olduğunu da inkar edirdi. Əsasən german tayfaları arasında yayılmışdı. Nikeya kilsə məclisində qəti olaraq pisləndilər və heretik elan edildilər.

                                     

Babuvizm

Babuvizm - XVIII əsrdə Fransada "Bərabərlik Respublikası" - vahid mərkəzdən idarə edilən, vahid, ümummilli komunna uğrunda aparılan inqilabi hərəkat. Hərəkat özünün rəhbəri və daha ardıcıl nəzəriyyəçisi olan Qrakh Baböfün adı ilə adlandırılmışdır.

                                     

Hacib

Hacim - lüğəti mənası qədim və müasir ərəb sözlüklərində təfsilatı ilə izah edilmiş bu söz, Əməvilər zamanından başlayaraq şərq və qərbdəki müsəlman dövlətlərində əsrlər boyu işlənmişdir. Əvvəllər hökmdar saraylarında "vasitəçi" mənasında işlənirdi. Hacib həm də xidmətçi, qapıçı, kamerker. Orta əsrlərdə Yaxın Şərq ölkələrində sarayda ən yüksək vəzifələrdən biri. Saray mərasimlərinin təşkilində mühüm rol oynayırdı.

                                     

Qızıl mahmuzlar döyüşü

Kortre,yaxud Qızıl mahmuzlar döyüşü. Flandriya müharibəsi vaxtı, Belçikanın Qərbi Flandriya əyalətinin Lis çayı sahilində yerləşən Kortre şəhərində,11 iyul 1302-ci ildə fransız ordusu ilə Flandriyanın xalq qoşunu arasında baş verən döyüş.

                                     

Qranik döyüşü

Qranik döyüşü - e.ə.334-cü ildə Makedoniyalı İskəndərlə Dara arasında ilk döyüş.Qranik çayı sahilində baş vermiş döyüşdə İskəndər Kiçik Asiya satrapının ləng hərəkət muzdur döyüşçü lərini məğlub etmişdir.Döyüşdən sonra makedoniyalılar xeyli qənimət əldə etmiş və Anadolunun içarilərinə doğru irəliləmişdir.Və bu döyüşdə Dara həlak olur İskəndər qalib gəlir

                                     

Peltastlar

Peltast - Qədim dünyada yüngül silahlanmış piyada. Hoplitdən fərqli olaraq peltast ağır qalxan və qılıncla silahlanmırdı və falanqaya düzlənmirdi. Peltastların vəzifəsi düşmənin sırasını pozmaq və hoplitlərin hucumu üçün şərait yaratmaqdan ibarət idi, buna görə onlar yay-ox, sapan, atmaq üçün yüngül nizələrlə silahlanırdılar. Adətən döyüşü peltastlar başlayırdı, onlar düşmənin üzərinə ox, nizə, daş yağdırırdı. Bundan sonra sıraları pozulmuş düşmənə hoplitlər tərəfindən hucum edilirdi.

                                     

Salnamə

Salnamə - tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması, orta əsrlərin tarixi əsərlərinin əsas növlərindən biri. Salnamə xronika ilə eyniyyət təşkil edir.