ⓘ Texnologiya - Azərbaycan Texnologiya Universiteti, Stankin Moskva Dövlət Texnologiya Universiteti, Corciya Texnologiya İnstitutu, GPRS, İnteraktiv televiziya ..

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Texnologiya İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad indiki Gəncə filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Şərabçılığın texnologiyası" ixtisasını birləşdirməklə yaradılmışdır. Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Naz ...

"Stankin" Moskva Dövlət Texnologiya Universiteti

1930-cu ildə əsası qoyulan Moskva Maşın Alət İnstitutu sənaye sahələrini kadrlarla təmin etmək məqsədilə yaradılmışdı. İnstitut 1992-ci ildən etibarən universitet statusu əldə edərək rəsmi olaraq "Stankin" Moskva Dövlət Texnologiya Universiteti adı ilə fəaliyyətini davam etdirir. Bununla da universitetdə istənilən ölkənin texnologiya mühitinin əsas elementlərindən birini təşkil edən tədris prosesinin kompüterləşdirilməsi üzrə araşdırmalar həyata keçirilməyə başlanılır. Hazırda ali məktəbdə yeni təhsil texnologiyaları işlənir və tətbiq olunur. Bu texnologiyalar əsas beynəlxalq və milli stan ...

Corciya Texnologiya İnstitutu

Corciya Texnologiya İnstitutu - ABŞ-ın Corciya ştatının Atlanta şəhərində yerləşən ali təhsil müəssisəsi; texnologiya sahəsinin inkişafına görə ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci - Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi

Rusiya Dövlət Texnologiya Universiteti

Rusiya Dövlət Texnologiya Universiteti - Rusiya Dövlət Texnologiya Universiteti ; rus. ФГБОУ ВПО "МАТИ - Российский государственный технологический университет им. К. Э. Циолковского") - Rusiyada aviasiya və informasiya texnologiyaları üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Müasir kosmonavtikanın əsasını qoyan rus alimi Konstantin Siolkovskinin adını daşıyır.

İzmir Yüksək Texnologiya İnstitutu

İzmir Yüksək Texnologiya İnstitutu - Türkiyədə universitet; texniki sahə üzrə yüksək səviyyədə təhsil və tədqiqat fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə yaradılan müasir ali təhsil ocağıdır.

                                     

İllinoys Texnologiya İnstitutu

İllinoys Texnologiya İnstitutu - Amerika Birləşmiş Ştatlarının İllinoys ştatının Çikaqo şəhərində yerləşən ali təhsil müəssisəsi.

                                     

Avtomatlaşdırılmış layihələndirmə və avtomatlaşdırılmış istehsal

Avtomatlaşdırılmış layihələndirmə və avtomatlaşdırılmış istehsal – məhsulun layihələndirilməsi və istehsalı prosesində kompüterlərin tətbiq olunması. CAD/CAM sistemində məhsul CAD proqramı vasitəsilə layihələndirilir, onun nəticələri isə bilavasitə texnoloji avadanlıqlarda və dəzgahlarda məhsulun hazırlanmasında, yığılmasında və istehsalın idarəedilməsində istifadə olunan göstərişlər ardıcıllığına çevrilir.

                                     

GPRS

GPRS - GSM mobil şəbəkələrində paketləri ötürmək üçün istifadə edilən texnologiyadır. GPRS-lə qoşularkən antenalarında hal-hazırda istifadə edilməyən səs kanalları istifadə edilir. Telefonun qurğusundan asılı olaraq bu qoşulma kanalları 2, 4 və daha artıq ola bilər. Ona görə də GRRS-lə qoşulma vaxtı internetdə məlumatlar 56 kbps-dən 114 kbps sürətinəcən ola bilər.

                                     

İnteraktiv televiziya

İnteraktiv televiziya - televiziyada canlı yayım və yaxud yazılmış video kontentin baxışı zamanı tamaşaçıların müzakirədə bilavasitə iştirakını nəzərdə tutan təşkilati proses.

                                     

Kabel modemi

Kabel modemi adi telefon modemindən verilənləri daha sürətlə ötürməsinə görə fərqlənir, ancaq gerçək ötürülmə sürəti həmin kabeldə paralel işləyən istifadəçilərin sayından asılı olur.

                                     

Kart oxuyucusu

Kart oxuyucusu – informasiyanı kartdan oxuyub kompüterə daxil edən qurğu. Maqnit kart oxuyucusu, əsasən kimliyin müəyyənləşdirilməsi məqsədilə istifadə olunan plastik kartlar üzərində maqnit üsulu ilə iki cığır şəklində kodlaşdırılmış informasiyanı oxuyur. Verilənləri perfokartlardan oxuyan kart oxuyucusu isə hazırda istifadədən çıxarılıb.

                                     

Kartric

Kartric - lazer printerləri və surətçıxartma qurğuları üçün nəzərdə tutulmuş xüsusi hissədir. Müəyyən müddətdən sonra, şəkillərin keyfiyyəti aşağı düşməyə başladıqda gurğuların kartiricləri dəyişdirilməlidir.

                                     

Kitab çapı texnologiyası

Kitab çapı texnologiyası 1400-cü illərin ortalarında alman alimi İohann Qutenberq hərəkətli metal lövhələrin köməyi ilə kitab çapı texnologiyasını ixtira etmişdir. Dahi alman ixtiraçısı ilk çap olunan yüksək keyfiyyətli Bibliya kitabı ilə şöhrət qazanmışdır. Bundan əvvəl Qutenberq təqvimlər, latın qrammatikası dərslikləri kimi kiçik nəşrlər dərc etmişdi. Bütün bu işlər onun ən böyük nailiyyəti hesab olunan 42 sətirlik Bibliya kitabının çapına hazırlıq məqsədi daşıyırdı.

                                     

Kompüter-dəstəkli təlim

Kompüter-dəstəkli təlim – hesablama texnikasından istifadəni nəzərdə tutan təlim metodikası. CAI proqramlarına dərsliklər, çalışmalar məcmuəsi daxil olur, həmin proqramlar bəzi mövzuları aydınlaşdırmağa və onların necə mənimsənilməsini yoxlamağa imkan verən suallar və cavablar seansını təşkil edirlər. Mövcud CAI sistemləri müxtəlif çətinlik səviyyəsinə malik olan geniş sahələri əhatə edir: elementar və ali riyaziyyatı, təbii elmləri, tarixi, hesablama texnikasını və s.

                                     

Liquipel

Liquipel - ağıllı telefonların prosessor, RAM kimi su sızdığında zay olan təchizatlarının HzO Nano texnologiyası ilə örtülən su keçirməzlik xüsusiyyətini daşıyan bir texnologiyadır.

                                     

NovaThor

NovaThor - ST-Ericsson şirkəti tərəfindən yaradılmış, Çip üzərində sistem və modemin birlikdə inteqrasiya olunduğu - smartfon və planşetlər üçün nəzərdə tutulmuş platformadır. ST-Ericsson həmçinin ayrı-ayrılıqda Nova markalı çip üzərində sistem və Thor markalı modemdə istehsal edir. 28 fevral 2012-ci ildə, ST-Ericsson elan etdiki, artıq объявила, gələcək məhsullarında enerji sərfiyyatını 35% aşağı salacaq FD-SOI tranzistorlarına keçirəcək. Misal üçünsə L8540 SoC çip üzərində sistemi göstərdi.

                                     

SMS

SMS - mobil telefon vasitəsilə mətn ötürülməsinə və qəbul edilməsinə imkan verən sistem. SMS-in yaradıcısı hesab olunan konkret şəxs və ya şirkət yoxdur. GSM layihəsi beynəlxalq əməkdaşlığın nəticəsi olduğu üçün SMS-in yaranması da 1 şəxsin deyil, yaxın əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən şəxslərin əməyinin nəticəsidir. 1 SMS 160 simvoldan ibarət olur. 160 simvolun yaradıcısı "Doyç Telekom" Deutsche Telekom şirkətinin əməkdaşı Fridhelm Hillebranddır.

                                     

Tamamlayıcı metal-oksid yarımkeçirici

Tamamlayıcı metal-oksid yarımkeçirici – bir silisium kristalında yerləşdirilmiş N- və P-tipli iki MOY-tranzistordan ibarət olan yarımkeçirici qurğu. Adətən, operativ yaddaş qurğularında və kommutasiya vasitələrində istifadə olunan belə qurğular üçün çox yüksək və enerjidən istifadənin çox aşağı səviyyəsi səciyyəvidir. Ancaq onlar statik elektrik yüklərinin təsirinə qarşı çox zəifdir.

                                     

Texnika

Texnika - dedikdə təbiət elmlərinin tətbiqi və sənaye, peşəkarlıq və sənət əsərlərinin hazırlanması üçün üsul və qabiliyyət başa düşülür. Texnika ümumiyyətlə hər hansı bir nəticəni əldə etmək üçün xüsusi üsulların, prinsiplərin, təbiət qanunlarının ayrılıqda və kombinasiya şəklində tətbiqi deməkdir. Qədimdə texnika həm də insanların təbiət qanunlarının köməyi ilə öz yaşamaq şəraitini və vasitələrini yaratmaq, həmçinin öz şəxsi tələblərini təmin etmək qabiliyyəti kimi də ifadə edilirdi.