ⓘ Sağlamlıq - Sağlamlıq, ocağı, Reproduktiv sağlamlıq, evləri, Ümumdünya Səhiyyə Təşkilatı, mərkəzi, film, 1990, Psixi sağlamlıq, MedlinePlus ..

Sağlamlıq

Sağlamlıq - istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyasını tam yerinə yetirdiyi hal; istənilən ağrının və xəstəliyin olmadığı vəziyyəti. Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur. Sağlamlığı öyrənən elmlərə dietologiya, farmakologiya, biologiya, epidomologiya, psixologiya, psixatriya, tibbi sosilogiya, gigiena, defektologiya və d. aiddir.

Sağlamlıq ocağı

Sağlamlıq ocaqları – İctimai Dövlət olmanın gətirdiyi və lazımlılığını doğurduğu bir xidmətdir. İnkişaf etməmiş, inkişaf etməkdə olan bölgələrdə və ya əhali baxımından çox sıxlıq olmayan bölgələrdə qurulan və birinci pillə sağlamlıq xidmətləri verən quruluşlardır. Sağlamlıq ocaqları, xəstəxanalar qədər personal və qaynağa sahib olan xidmətlərini regional olaraq verən sağlamlıq xidmət təşkilatlarıdır.

Reproduktiv sağlamlıq

Reproduktiv sağlamlıq - fiziki, əqli və sosial rifahın seksuallıqla əlaqəli vəziyyətidir. Reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində reproduktiv proseslərə, funksiyalara və sistemlərə təsir göstərir. Reproduktiv sağlamlıq seksuallıq və cinsi əlaqələrə qarşı pozitiv münasibət, məcburiyyətdən, ayrıseçkilik və şiddətdən azad, qane edici təhlükəsiz bir cinsi həyat qurma qabiliyyətini nəzərdə tutur. Reproduktiv sağlamlığa nail olmaq və qorumaq, insana xas cinsi hüquqların həyata keçirilməsi ilə bağlıdır.

Sağlamlıq evləri

Sağlamlıq evləri və ya Dar-üş-şəfa - Qazan xanın vəziri, orta əsrlər Azərbaycanının görkəmli tarixçisi, islahatçı və dövlət xadimi Rəşidəddinin təşəbbüsü və tanınmış Azərbaycan təbibi Mahmud ibn İlyasın iştirakı ilə "Sağlamlıq evləri" - çağdaş anlamda özünəməxsus klinik mərkəzlər şəbəkəsi. Mərkəzi "Sağlamlıq evi" Təbrizdə yaradılmış və öz ətrafında bütün şərqdən alimlər cəmləşdirmiş, belə demək mümkünsə, "Elmlər Akademiyası"nın nəzdində yerləşirdi. Baş tibb məktəbi də burada idi. Rəşidəddin özünün məşhur "Tarix" əsərində göstərirdi ki, Təbrizdə elmin demək olar ki, bütün sahələrinin 500-də ...

Ümumdünya Səhiyyə Təşkilatı

Ümumdünya Səhiyyə Təşkilatı - Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin i ...

Sağlamlıq mərkəzi (film, 1990)

Filmdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Respublika Stomatoloji Mərkəzi əhaliyə tibbi xidməti yaxşılaşdırmaq məqsədilə yaradılan tanınmış sağlamlıq ocaqlarından biri olduğu əks etdirilir. Filmdə stomatoloji mərkəzin fəaliyyətində-yüksək ixtisaslı həkimlərin xəstələrə göstərdiyi nümunəvi xidmətdən, ən müasir səhiyyə aparatlarından, səhiyyə ocağındakı müxtəlif şöbələrdə aparılan əməliyyatlardan, habelə Azərbaycan stomatoloqlarının bu sahədə qazandığı nailiyyətlərdən söhbət açılır.

                                     

Psixi sağlamlıq

Psixi sağlamlıq – insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi, eyni zamanda sosial və bioloji amillərin təsiri ilə xarakterinin düzgün formalaşması ilə xarakterizə olunur. Psixi sağlamlıq insanın özünə və ətrafdakı insanlara olan münasibətdə, ümumilikdə bütün həyatı boyu müxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətində özünü biruzə verir. Psixi sağlamlıq sosial-iqtisadi vəziyyəti ilə yanaşı insanın fiziki sağlamlığı ilə sıx bağlıdır.

                                     

MedlinePlus

MedlinePlus - ABŞ Milli Tibb Kitabxanası tərəfindən təmin olunan sağlamlıq və dərmanlar haqqında pulsuz informasiya mənbəyi, geniş saytdır. İspan və İngilis dillərində istehlakçılar üçün tibbi məlumat bazasıdır. Veb sayt NLM, Milli Sağlamlıq İnstitutu, digər ABş dövlət orqanları və əlaqəli qurumlardan əldə etdiyi informasiyanı təqdim edir. 2015-ci ildə 400 milyon insan MedlinePlus istifadə etmişdir.